Bu gün Azərbaycan Rəssamlıq Akademiyasının “Bədii toxuculuq və xalça sənəti” kafedrasının dosenti, Sonaxanım Nağıyevanın doğum günüdür.Sonaxanım Nağıyeva Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almış, daha sonra V.Muxin adına Leninqrad Ali Rəssamlıq Məktəbində və Tehranda Ərcüməndniya Firuz adına Ali Rəssamlıq Məktəbində sənət yolunu davam etdirmişdir. 2000-ci ildən etibarən Azərbaycan Rəssamlıq Akademiyasının “Bədii toxuculuq və xalça sənəti” kafedrasında fəaliyyət göstərir.Sonaxanım Nağıyeva peşəkar yaradıcılığı boyunca bədii toxuculuq, xalça və batika sənətinin qorunması və inkişafı istiqamətində mühüm işlər görmüşdür. Eyni zamanda, respublika və beynəlxalq səviyyədə sərgilərdə iştirak edərək Azərbaycan mədəniyyətini uğurla təmsil etmişdir.Azərbaycan Rəssamlıq Akademiyasınn kollektivi adından Sonaxan Nağıyevanı doğum günü münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları və gələcək fəaliyyətində nailiyyətlər arzulayırıq!

Tags

Comments are closed