Bu gün Azərbaycan rəssamlığının görkəmli nümayəndəsi, Xalq rəssamı, heykəltəraş Kamal Ələkbərovun doğum günüdür.Kamal Ələkbərov həyatının çətin vəziyyətində özünün əzmkarlığı və istedadı ilə sənətini inkişaf etdirib, sənətkar zirvəsinə ucalıb. Gecələr vaqonları boşaldaraq çörək pulu qazanmış, eyni zamanda SSRİ Xalq rəssamı Pinxos Sabsaydan dərs almışdır.1948-ci ildən başlayaraq, o, çoxsaylı sərgilərdə iştirak etmiş və heykəltaraşlıq sahəsində bir çox uğurlu əsərlər yaratmışdır. Ən məşhur əsərlərindən biri XII əsrin görkəmli memarı Əcəmi Naxçıvaninin portreti, həmçinin “Neftçi”, “Qız”, “Partizan M. Seyidov” və “Xanım” kimi portretlərdir. Kamal Ələkbərov həm də monumental heykəllərin müəllifidir. Belə ki, 1976-cı ildə Əcəmi Naxçıvaninin 850 illik yubileyi ilə bağlı böyük bir heykəl yaratmışdır. Onun əsərləri ölkəmizdə və xarici muzeylərdə nümayiş olunur.Kamal Ələkbərov 2009-cu ildə 81 yaşında vəfat etmişdir.

Comments are closed