Bu gün Azərbaycan Rəssamlıq Akademiyasının «Humanitar və ictimai fənlər» kafedrasının dosenti, s.ü.f.d. Afər Əlizadənin doğum günüdür.2011-ci ildən etibarən Azərbaycan Rəssamlıq Akademiyasında fəaliyyət göstərən Afər Əlizadə hazırda “Dünya ədəbiyyatı”, “Mifologiya”, “Pedaqogika”, “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənlərini tədris edir.O, 70-dən çox elmi məqalənin, bir sıra monoqrafiyaların, dərs və metodik vəsaitlərin müəllifidir. Onun tədqiqatları müxtəlif beynəlxalq və respublika elmi konfranslarında təqdim olunmuşdur. Azərbaycan Rəssamlıq Akademiyasının kollektivi adından Afər Əlizadəni doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

Tags

Comments are closed