Azərbaycan Rəssamlıq Akademiyasının kitabxanasında 20 Yanvar şəhidlərinin əziz xatirəsini anmaq məqsədilə xüsusi bir güşə yaradılmışdır. Bu güşə, həmin gecənin qanlı faciəsinin xatirəsini yaşatmaq, şəhidlərin ruhuna hörmət və ehtiram ifadə etmək məqsədi daşıyır. Tələbələr və müəllimlər bu güşəni ziyarət edərək həm tariximizin acı, həm də şərəfli bir səhifəsini xatırlayır, şəhidlərimizin əziz xatirəsini yad edirlər.

Tags

Comments are closed