Новости

26 февр.

Новость

Xocalı soyqırımı

Fevralın 26-da Azərbaycan Dövlət Rəssamlığ Akademiyasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə  ali təhsil ocağının rəhbər şəxsləri, professor-müəllim heyəti və tələbələri iştirak etmişdi
Əvvəlcə tədbir iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olublar.  Akademiyanın rektoru, akademik Ömər Eldarov çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqının tarixində dərin və ağrılı izlər buraxdığını deyib. Qeyd edib ki, tarixin böyük faciələrindən biri də məhz Xocalıda yaşanıb. Günahsız insanlar erməni cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilib. 
Tədbir Akademiyanın akt zalında davam etdirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademiyanın prorektoru, Professor Səlhab Məmmədov qeyd edib ki, Azərbaycan xalqı son 200 il ərzində erməni şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb, tarixi torpaqlardan qovulub, qaçqın və məcburi köçkünə çevrilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnakları Xocalıya hücum edərək tariximizə qanlı hərflərlə həkk olunmuş soyqırımı aktını törədib. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin taleyi bu günədək məlum deyil. Akademiyanın prorektoru qeyd edib ki, ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində artıq dünya ölkələri bu hadisəyə ədalətli qiymət verməyə başlayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası artıq öz bəhrəsini verməkdədir.
 Professor Ziyadxan Əliyev çıxışında bildirib ki, erməni millətçilərinin tarix boyu xalqımıza qarşı həyata keçirdikləri məkrli siyasət, o cümlədən Xocalı soyqırımı barəsində gənc nəslə, xüsusən də kursantlara, əsgərlərə ətraflı məlumat verilməli, düşmənin kimliyi tanıdılmalıdır. O, Xocalıda baş verən həmin hadisələrə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb və həyata keçirilmiş soyqırımı cinayəti ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıb.