Новости

22 дек.

Новость

Xalq rəssamı, professor Tahir Salahovun anadan olmasının 90 illiyi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Xalq rəssamı, professor Tahir Salahovun anadan olmasının 90 illiyinə həsr olunmuş konfrans keçirilmişdir. 19 dekabr 2018-ci il tarixində keçirilən konfransın açılışını Akademiyanın rektoru, akademik Ömər Eldarov etmişdir. Elmi konfransda Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev “Tahir Salahovun Azərbaycan incəsənətində yeri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Nərimanova “Tahir Salahovun yaradıcılığında Azərbaycan rəngkarlıq ənənələrinin rolu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov “Yaradıcılığı hər zaman aktual olan rəssam” və I kurs magistr tələbəsi Aziyə Hacıyeva “Tahir Salahovun yaradıcılığında Bakı-Abşeron mövzusu” adlı mühazirələri ilə çıxış etmişdirlər. Tədbirdə Tahir Salahovun yaradıcılığına həsr olunmuş film nümayiş olunmuşdur.