Новости

05 янв.

Новость

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə elan olunur

Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında (bakalavr) 2021/2022-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədi ilə yenidən vakant yerlər üçün professor - müəllim heyyəti və mütəxəssislər saathesabı (əvəzçilik) qaydada işə dəvət olunur. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə biliklərinə, müasir pedaqoji yanaşmalara malik, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər. Qeyd edilən tələblərə cavab verən namizədlər 16 yanvar saat 00:00 - dək müraciət formasını doldurmalıdırlar . Müsabiqə barədə ətraflı məlumatı linkə ( http://sabah.edu.az/az/azerbaycan-respublikasi-tehsil-nazirliyinin-sabah-qruplarinda-bakalavr-20212022ci-tedris-ilinin-yaz-semestrinde-muxtelif-fenlerin-tedrisini-aparmaq-meqsedile-vakant-yerler-ucun-professor-muellim-heyeti-ve-mutexessisler-saathesabi-evezcilik-qaydada-ise-dev ) daxil olaraq əldə edə bilərsiniz.