Новости

29 дек.

Новость

Qırğızıstan Respublikasının Oş şəhərində 14-22 dekabr 2021 –il tarixində ustad dərsləri baş tutmuşdur

Qırğızıstan Respublikasının  Oş şəhərində 14-22 dekabr 2021 –il tarixində baş tutmuş ustad dərslərinə hər il olduğu kimi bu il də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  “Təsviri Sənət” fakultəsinin rəngkarlıq ixtisasının I və II kurs tələbələri iştirak etmişdir. Tələbələrin ustad dərslərində iştirakını Beynəlxalq əlaqələr üzrə prorektor, professor Salhab Məmmədov və Beynəlxalq Əlaqələr və sərgilər şöbəsi təmin etmişdir. Ustad dərslərində müxtəlif ölkələrdən olan tələbələr arasında təcrübə mübadiləsi aparılmışdır. 

Tədbir Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.