Новости

03 Apr

Новость

​“Elm günü” ilə əlaqədar konfrans

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə hər il martın 27-sinin Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilməsi qərara alınmışdır.  “Elm günü” ilə əlaqədar olaraq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında konfrans keçirilmişdir. 02 aprel 2019-cu il tarixində keçirilən konfransın açılışını Elmi və yaradıcılıq işləri üzrə prorektor, professor, Xalq rəssamı Fuad Salayev edərək, konfransın məqsədi və əhəmiyyəti haqqında bilgi verdi. Elmi konfransda Əməkdar incəsənət xadimi, “İncəsənət tarixi” kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Alxan oğlu Əliyev, filologiya üzrə fəlsəfə doktoru, “Humanitar və ictimai fənlər” kafedrasının dosentiAida Nadir qızı Abdullayeva“İncəsənət tarixi”kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Qismət oğlu Sadıqov, “İncəsənət tarixi” kafedrasının müəllimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantı Nazilə Adil qızı Hüseynova və II kurs tələbəsi Nigar Sərdar qızı Hətəmova çıxış etdilər.

“Elm günü” ilə bağlı konfransda Ziyadxan Əliyev “Azərbaycanda sənətşünaslıq elminin təşəkkülü, inkişaf mərhələləri və müasir durumu” adlı mühazirəsində sənətşünaslıq elminin tarixi və müasir problemlərindən ətraflı məlumat verərək, bu elmin inkişafı istiqamətində görülə biləcək tədbirlərinəhəmiyyətini vurğuladıGörkəmli sənətşünas sənətşünaslıq elminin bu günkü vəziyyətinə dair öz tənqidi fikirlərini bildirərək qeyd etdi ki, müstəqillik dövründə yeni dərsliklər yazılmadığından 28 il ərzində tələbələr hələ də sovet dönəminin ideologiyaya bələnmiş incəsənətimizi tanımaqda, incəsənət tarixi kitabı ilə bilik əldə etməkdədirlər. 

Aida Abdullayeva “Ensiklopedik şəxsiyyət” adlı araşdırmasında Əməkdar elm xadimi, tanınmış türkoloq, görkəmli dilçi-alim, publisist, tənqidçi, filologiya elmlər doktoru, professor Nizami Cəfərovun yaradıcılığı və ictimai-siyasi fəaliyyəti haqqındadolğun məlumat verdi. Bildirdi ki, dünya elmi ictimaiyyəti tərəfindən şəksiz qəbul edilən bu şəxsiyyətin fəaliyyətinin hələ işıq salınmalı çox tərəfləri var.

Konfransda Samir Sadıqov “Müasir Azərbaycan heykəltəraşlığının problemləri” adlı tədqiqatında çağdaş Azərbaycan incəsənətində heykəltəraşlığın rolundan və milli plastik sənətimizin müasir durumundan bəhs etdi. Nazilə Hüseynova “Azərbaycan Cənub bölgəsinin maddi mədəniyyətinin öyrənilməsinin aktuallığına dair” adlı mühazirəsindəCənub bölgəsinin xalq sənəti nümunələrinin bədii və texnoloji xüsusiyyətlərini, Azərbaycan incəsənəti tarixində yerini və  bu sənət incilərinin bədii ənənələrinin dövrümüzə qədər davam etdirildiyini nəzərə çatdırdı. Qeyd etdi ki, Cənub bölgəsində xalça və xalça məmulatlarının bu günə qədər qalmaqda olan nümunələrinə əsasən, onların bədii ənənələri üzrə qürurla davam etdirildiyi, yüksək zövqlə həyata keçirildiyi və hər bir məmulatın hazırlanmasında yüksək sənətkarlıq görülməkdədir.

II kurs tələbəsi Nigar Sərdar qızı Hətəmova “Elmira Şahtaxtinskayanın yaradıcılığında elmə töhfə verən şəxsiyyətlərin obrazları” adlı çıxışında Xalq rəssamı E. Şahtaxtinskayanın yaradıcılığında əhəmiyyətli yer tutan elm və mədəniyyət xadimlərinə həsr olunmuş silsiləsindən (Nəsirəddin TusiMəhsəti Gəncəviİmadəddin NəsimiMəhəmməd FüzuliƏcəmi NaxçıvaniSultan Məhəmməd, Üzeyir HacıbəyliHüseyn CavidSəməd VurğunSəttar BəhlulzadəQara QarayevFikrət Əmirov və b.) bəhs etdi.

Sonda Fuad Salayev belə konfransların keçirilməsinin gənclərimizin öz potensialını ortaya qoyması, tələbələr arasında elmin təbliğinin güclənməsi və onların bu istiqamətdə maariflənməsibaxımından önəmini vurğuladı. Konfrans Xalq rəssamının elmin inkişafına dair töhfələri ilə başa çatdı.