Новости

04 окт.

Новость

Anım tədbiri

Azərbaycan Dövlət Rəssamlıq akademiyasında 01 oktyabr tarixində professor-müəllim heyətinin  II Qarabağ müharibəsində iştirak edən tələbəməzun əməkdaşlarının Fərid Seydi oğlu Məmmədov,Əliqismət Əlizaman oğlu ƏsədovFəxri Afis oğlu MusazadəElvin Elçin oğlu Dərgahov, Pənah Bayram oğlu BayramovƏbülfət İlham oğlu Quliyevin iştirakı ilə döyüşlərdə həyatını itirən şəhidlərin Anım gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirin əvvəlində səslənən Azərbaycan dövlət himnindən sonra tədbir iştirakçıları Vətən müharibəsində qəhrəmancasına döyüşərək  şəhid olanların xatirəsinibir dəqiqəlik sükutla yad etdi. Akademiyanın rektoru, Xalq rəssamı, akademik Ö.H.Eldarov müharibə ilə bağlı fikirlərini bölüşdükdən sonra II Qarabağ döyüşlərində şücaətlik göstərən qəhrəmanlarımız 27 sentyabr 2020-ci il tarixində düşmən ordusunun genişmiqyaslı təxribat törədərək ölkəmizə qarşı hücumdan, müxtəlif çaplı artilleriya qurğularından yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutmasından, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından, möhtəşəm qələbələrindən və müzəffər ordumuzun Vətənimizin ərazi bütövlüyünü bərpa etməsindən, bir səngərdə döyüşərək şəhid olmuş əsgər və zabitlərimizin döyüş xatirələrindən bəhs etdilər. Tədbirin sonunda vətənpərvərlik mövzusunda video-çarx nümayiş olunmuşdur.