Новости

04 нояб.

Новость

ADRA-da Xalq rəssamı,Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ,Xalq Rəssamı,Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Xalq Rəssamı Fərhad Xəlilov,akademik Ömər Eldarov,ADRA-nın Elmi şurasının üzvləri  və kafedra müdirləri iştirak ediblər.Rəssamlıq Akademiyasının rektoru,akademik Ömər Eldarov,ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru,Xalq Rəssamı,professor  Səlhab Məmmədov, Elmi və yaradıcılıq işləri  üzrə prorektoru,Xalq Rəssamı, professor  Fuad Salayev,ADRA-nın nəznində yerləşən İncəsənət kollecinin direktoru Əməkdar rəssam,professor Fikrət Həşimov tədbirdə cıxış ediblər. Daha sonra Rəssamlar İttifaqının sədri  Fərhad Xəlilov Rəssamlıq Akademiyasının  "Fəxri professor" adına laiq görüldüyü üçün akademiyaya öz təşəkkürünü bildirib.