Новости

25 мая

Новость

ADRA-da alman rəssamı Otto Hohltun sənətinin 100 illiyinə həsr olunmuş sərgi keçirildi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 2022-ci il 25 may tarixində alman rəssam Otto Hohlt sənətinin 100 illiyinə həsr olunmuş  sərgi keçirildi.

Tədbir Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə baş tutdu.

Sərginin açılış mərasimində Azərbaycan Respublikası Təhsil Nazirliyi nümayəndələri, Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyi  və ADRA-nın rəhbər heyəti ilə yanaşı, bir sıra rəsmi qonaqlar, xarici səfirliklərin nümayəndələri,tələbə və müəllim heyəti iştirak etdi.

Otto Hohltun sənətinin 100 illik yubileyinə həsr olunmuş sərgidə rəssamın qrafikanın müxtəlif janrlarında işlənmiş 50-ə yaxın əsəri nümayiş olundu.