Образование

İngilis dili (dərs vəsaiti)

İxtisası xarici dil olmayan incəsənət təmayüllü ali məktəblərin bakalavr və magistr pillələri üzrə təhsil alan tələbələri üçün dərs vəsaiti. 
Təkrar nəşr. Bakı, 2019, 225 səh.
Bu kitab Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında incəsənətin müxtəlif sahələri üzrə təhsil alan tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulub. Kitabda müxtəlif mövzularda tərtib edilmiş mətnlərlə yanaşı, incəsənətdə müxtəlif cərəyanlar, muzeylər, dünyanın məşhur rəssamları, heykəltəraşlıq və memarlıqdan bəhs edən məqalələr, müxtəlif həcmdə əlavə oxu materialı, eləcə də ingilis dili qrammatikasının praktik kursu və incəsənət terminlərindən ibarət lüğət daxil edilib. Hazırkı nəşrdə mətnlərə dair müvafiq suallar əlavə edilib.

ÖN SÖZ

Tərtib etdiyimiz bu dərs vəsaiti ixtisası xarici dil olmayan ali məktəblərin rəssamlıq fakültələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Dərs vəsaitinin birinci bölümündə gündəlik həyatımızı əhatə edən (ailə, fəsillər, həyat, təhsil, səhiyyə) və ümumi maraq doğuran (dünyanın böyük şəhərləri, görkəmli şəxsiyyətlər, mədəniyyət, səyahət, istirahət, hobbilər, idman və s.) mövzularda tərtib olunmuş mətnlərlə yanaşı, sırf incəsənət problemlərindən bəhs edən məqalələr də var. Buraya dünyanın böyük muzeyləri, təsviri sənət tarixi, incəsənətdə müxtəlif cərəyanlar, müxtəlif ölkələrin və dövrlərin rəssamlıq məktəbləri, dünyanın tanınmış rəssam və heykəltəraşları haqqında mətnlər, eləcə də memarlıq sahəsində bir sıra maraqlı məlumat daxil edilmişdir.
Dərs vəsaitində təsviri sənət növlərinə (rəngkarlıq, qrafika, heykəltəraşlıq, tətbiqi sənətlər, memarlıq və s.), eləcə də görkəmli Azərbaycan incəsənət xadimləri haqqında oxu materialına geniş yer verilib.
Vəsaitdə əsas mətnlərin hər birində rast gəlinən naməlum söz və ifadələrin izahı və tərcüməsi verilib. Dünya şöhrətli şəxsiyyətlərin həyat və yaradıcılığı haqqında məlumat tələbələrin dünyagörüşünü genişləndirməyə xidmət edir.
İkinci bölüm qrammatikaya həsr edilib. Buraya düzgün danışa bilmək üçün kifayət edə biləcək praktik qrammatik material daxil edilib. Hər qrammatik mövzuya dair müvafiq tapşırıqlar verilib.
Dərs vəsaitinin sonunda təsviri sənətin bütün sahələrini əhatə edən sözlərdən ibarət terminoloji lüğət tərtib edilib.
Dərs vəsaitinə daxil edilmiş materialın Rəssamlıq Akademiyasının bütün fakültələrinin bakalavr və magistr pillələrində tədris edilməsi nəzərdə tutulub. Hər mərhələdə keçilməli olan mətnlərin seçimi bu mərhələlər üçün tərtib edilmiş dərs proqramına müvafiq     

TƏRTİB EDƏNLƏR:

MirCəfərova Sənubər Əbdülhüseyn qızı, professor
Həşimova Nərgz Əliağa qızı, baş müəllim 
Mehdiyeva Sevda Ağamehdi qızı, baş müəllim
Cəfərova Rəna Heybət qızı, baş müəllim