Декоративно-прикладное искусство

Ümumi məlumat

Dekorativ-tətbiqi sənət fakültəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.07.2013-cü il tarixli 46-11-4146/17 saylı və ADRA-nın 11. 07. 2013-cü il tarixli Elmi şuranın qərarına əsasən fəaliyyət göstərir. Fakültədə bakalavr və magistr səviyyəsi üzrə “Dekorativ sənət” (Bədii xalça, Bədii toxuculuq, Bədii keramika, Bədii metal, Bədii şüşə) (əyani) ixtisasında tədris həyata keçirilir.

2017/2018-ci tədris ilində “Dekorativ-tətbiqi sənət” fakültəsinin professor-müəllim heyəti 21 nəfər təşkil edir. Fakültənin tərkibinə 2 kafedra -“Bədii toxuculuq və xalça sənəti” və “Bədii keramika, şüşə və metal” kafedraları daxildir. Bu kafedralarda 3 professor, 7 dossent, 11 baş müəllim 4 emalatxana müdiri, 4 tədris ustası çalışır. Fakültədə tədrisin təşkili milli dekorativ-tətbiqi sənət ənənələrinə və müasir dövrün tələblərinə müvafiq inkişaf edir. Fakültədə mütəxəssis hazırlığı bakalavr və magistr üzrə əyani təhsil formasında aparılır. Hal-hazırda fakültənin bakalavr  pilləsində 228, magistr pilləsində 17 tələbə təhsil alır. Bakalavr pilləsində 46 nəfər tələbə dövlət sifarişi, 182 nəfər tələbə isə ödənişli əsaslarla təhsil alır. Magistr pilləsində 8 nəfər tələbə dövlət sifarişi, 9 nəfər tələbə isə ödənişli əsaslarla təhsil alır . Onların arasında İran, Gürcüstan, Çin, Rusiyalı tələbələr də var.

Dekorativ-tətbiqi sənət fakültəsinin bütün ixtisaslarında eyni fundamental baza fənləri: rəsm , rəngkarlıq, kompozisiya, incəsənət tarixi və humanitar fənlər tədris edilir. I təhsil ilində fakültədə dərslər ixtisas quruplarında keçirilir. II təhsil ilindən etibarən isə tələbələr təhsillərini ixtisaslaşmalara uyğun tərtib edilmiş emlatxana və layihə otaqlarında davam etdirirlər.

Fakültənin professor-müəllim heyəti və yetirmələr sərgilərdə, şəhərimizin, idarə və təşkilatlarının tərtibatında fəal iştirak edirlər.

Məsul şəxs

Fakültə dekanı dosent Kərimov İmran Mustafa oğludur.

Кафедры