Архитектура и дизайн

2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradılarkən "Memarlıq" kafedrasını yaratmaq məqsədi ilə təcrübəli memar dosent, Azərbaycan Memarlar İttifaqının üzvü Kazım Əlişir oğlu Ağabəyov akademiyaya dəvət olunmuşdur. Həmin vaxt on müəllim heyyəti ilə kafedra fəaliyyətə başlamışdır. Hal-hazırda “Memarlıq” kafedrasında 18 professor müəllim heyyəti çalışır. Onlardan 1-Şənətşünaslıq doktoru, professor 3- professor, 2- Dosent, 2- baş müəllim, 3-müəllim, 1- 0,5 ştat müəllim,  3- 0,5 ştat əvəzçi müəllim, 3- saathesabı müəllim çalışır. Hazırki kafedra müdiri 0,5 ştat əvəzçi baş müəllim Məmmədova Gülər Gülağa qızıdır.

Artıq tələbələrimiz  Azərbaycan və xarici ölkələrin müxtəlif layihə İnstitutlarında fəaliyyət göstərirlər. “Memarlıq” kafedrasının müəllimləri “Memarlıq” ixtisasında və Dizayn “İnteryer üzrə dizayner” ixtisaslaşmasında dərs tədris edirlər. Hal hazırda “Memarlıq” üzrə 42 tələbə təhsil alır. Tələbələrimiz beynəlxalq müsabiqələrdə müvəffəqiyətlə iştirak edir. Memarlıq kafedrsının əsas məqsədi bu günün tələblərinə cavab verə nilən yüksək səviyyəli, peşəkar memar və interyer üzrə dizayner ixtisasları üzrə tələbələrin hazırlanmasıdır. Akademiyanın rektoru akademik Ö.H. Eldarovun tövsiyəsi ilə gənc məzunlar pedoqoji fəalliyyətə cəlb olunmuşlar.


Кафедры