Департамент науки

Rəssamlıq Akademiyasının “Elm şöbəsi” nin əsas fəaliyyəti elmi-tədqiqat və yaradıcılıq işlərini planlaşdırmaq, yerinə yetirilməsini təmin etməkdən, aspirantura və doktorantura yolu ilə kadr hazırlığı aparmaq, tədris üçün zəruri olan tədris vəsaitlərini hazırlamaqdan ibarətdir.

Fəaliyyət göstərdiyimüddət ərzində Şöbə tərəfindən 15 monoqrafiya, 18 dərslik, 30 dərs vəsaiti, 60-a yaxın metodik vəsait, 1 antologiya və 1 albom dərc olunmuşdur.

Akademiyada mütəmadi olaraq respublika və beynəlxalq səviyyəli konfrans, simpozium, yaradıcılıq sərgiləri keçirilir. Rəssamlıq Akademiyasının professor-müəllim heyəti 50-dən çox beynəlxalq konfrans və simpoziumlarda çıxış edib, 180 respublika, 120 respublika, 120-dən çox beynəlxalq səviyyəli sərginin iştirakçısı olub.

Elm şöbəsinin nəzdində Tələbə Elmi Yaradıcılıq cəmiyyəti fəaliyyət göstərir. Bu cəmiyyətdə həm sənətşünas, həm də xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alanlar təmsil olunur. ADRA-nın bakalavr və magistr tələbələri TEYC xətti ilə respublikada və xaricdə keçirilən tələbə elmi konfranslarında və sərgilərdə iştirak edirlər.

Hal-hazırda Elm Şöbəsinin müdiri Nigar Axundovadır.