Административный департамент

Bütün təşkilatlarda olduğu kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında  da texniki  inzibati və təsərrüfat  şöbəsi  mühüm əhəmiyyət daşıyır. Hər ailədə  büdcə nə qədər  vacibdirsə  eləcə də ADRA-da texniki  inzibati  təsərrüfat şöbəsi böyük məsuliyyət daşıyır. Çünki məhz texniki  inzibati  təsərrüfat şöbəsi təhlükəsizliyi təmin edir və akadeimaynın   bütün kollektivinin   müntəzəm  işləməs i  üçün  şərait  yaradır. Texniki  inzibati və   təsərrüfat  şöbəsi  62 işçidən  ibarətdir. Texniki inzibati və təsərrüfat şöbəsi hər il ADRA-ya qəbul  imtahanlarının   yüksək  səviyyədə  keçməsi  üçün  lazımi olan texniki və maddi dəstəyi  göstərir. Yaşıllaşdırma ilə məşqul olan  işçilərinin fəaliyyəti   nəticəsində   akademiyanın həyəti güllü çiçəkli bagçaya çevrilmişdir və beləliklə də   tələbələrin  və  müəllim  heyətinin asudə vaxtlarını  səmərəli  keçməsi   üçün  gözəl   məkan  əldə edilmişdir. ADRA-nın  fiziki qüsurlu tələbələri  üçün  H.Əliyev adına fondun  vitse prezidenti  xanım Leyla Əliyevanın dəstəyi ilə lift quraşdırılmışdır.

ADRA-nın binasının daimi nəzarətdə saxlanılması, təmizliyin təmin edilməsi, 24 saat  mühafizə  və videomüşahidə, tələbələrin  yaradıcılıq  dərsləri  üçün  vacib  olan  materialların və emalatxanaların  təmin edilməsi, əmələ gələn problemlərin vaxtında həll olunması, bütün ADRA-nın ərazisinin  yaşıllaşdırılması - bunların  hamısı “Texniki istismar və təsərrüfat  şöbəsi”nin  öhdəsindədir.

Mehriban kollektiv, xoş abu-hava, qarşılıqlı yardımsevərlik - görülən  işlərin yüksək nəticələri üçün gözəl şərait yaradır.