Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ tətbiqi sənət” fakültəsində bakalavr və magistr pillələri üzrə “Bədii toxuculuq və xalça sənəti” kafedrası 2013-cü ildən fəaliyyət göstərməyə başlamışdır. Kafedranın müdiri professor, əməkdar rəssam Ədhəm Süleyan oğlu Yusubovdur.
Kafedrada “Bədii xalça” və “Bədii toxuculuq” ixtisasları üzrə fənlər tədris olunur.
“Bədii toxuculuq və xalça sənəti” kafedrasında bakalavr pilləsi üzrə aşağıdakı fənlər tədris olunur:
- “İxtisas üzrə layihələndirmə və konstruktivləşdirmə”
- “İxtisas üzrə materialda iş”
- “Ornament tarixi”
- “Materialşünaslıq”
- “Bədii xalçada dekorativ rəngkarlıq”
- “Bədii xalçada dekorativ rəngkarlıq”
- “Bədii toxuculuqda dekorativ rəngkarlıq”
- “İxtisas üzrə stilizə və dekor”
- “Xüsusi rəngkarlıq”
- “İxtisas üzrə materilda texnologiyası”
- “İxtisas üzrə incəsənət tarixi”
- “İxtisas üzrə material texnologiyası”
- “Tədris-yaradıcılıq təcrübəsi”
- “İstehsalat təcrübəsi”
- “Diplomqabağı təcrübə”
Magistr pilləsi üzrə fənlər:
- “Bədii xalçada layihələndirmə”
- “Bədii toxuculuqda layihələndirmə”
- “Bədii toxuculuqda memarlıq”
- “İxtisas üzrə materialda iş”
- “Texniki layihə”
- “Formayaratma prinsipləri”
- “Pedaqoji təcrübə”
Kafedradanın ixtisas fənlərini hal-hazırda tam ştat 9 nəfər, 0,5 ştat 2 nəfər müəllim tədris edir. Onlardan 3 nəfər professor, 4 nəfər dosent, 4 nəfər isə baş müəllim kimi fəaliyyət göstərir. Bundan əlavə kafedrada 1 baş laborant, 1 laborant, 3 emalatxana müdiri və 2 tədris ustası çalışır.
Hər il professor-müəllim heyəti plana əsasən elmi-tədqiqat və yaradıcılıq işləri üzrə çalışırlar. Tədrisin səviyyəsini yüksəltmək məqsədilə bütün fənn proqramları təkmilləşdirilərək standartlara uyğun yenidən işlənilir.
Kafadranın professor-müəllim heyəti Respublikamızda və bir sıra xarici ölkələrdə keçirilən konfranslarda, Beynəlxalq sumpoziumlarda və sərgilərdə müntəzəm iştirak edirlər.
“Bədii toxuculuq və xalça sənəti” kafedrasının müdiri: professor Yusubov Ədhəm Süleyman oğludur.