Xəbərlər

30 Sep

Xəbərlər

Xalq rəssamı, professor Fuad Məmməd-Emin oğlu Salayevin 75 illiyi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
Elm və yaradıcılıq işləri üzrə prorektoru,
Xalq rəssamı, professor Fuad Məmməd-Emin oğlu Salayevin
anadan olmasının 75 illiyi münasibətilə!

Hörmətli Fuad müəllim!
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyi və professor-müəllim heyəti Sizi, Azərbaycan heykəltəraşlığının görkəmli nümayəndəsini, 75 illiyiniz münasibətilə ürəkdən təbrik edir, həyatınızın bütün sahələrində uğurlar diləyir!
Sənətdə göstərdiyiniz yüksək yaradıcılıq nailiyyətlərinizə görə Rəssamlıq Akademiyasının diplomuna, Paris və Tokioda təşkil olunmuş Rəssamların Beynəlxalq sərgisinin, daha sonra İtaliya Beynəlxalq müsabiqəsinin diplomlarına, Rəssamlar İttifaqının “Ən yaxşı heykəltəraşlıq işlərinə görə” Soltan Məhəmməd adına mükafata layiq görülmüsünüz. 
Dövlətimiz tərəfindən sənətdəki nailiyyətlərinizə görə Əməkdar İncəsənət Xadimi, daha sonra isə Xalq rəssamı  fəxri adlarına layiq görülmüsünüz.
2009-cu ildə isə Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilmisiniz. 
Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinizə görə 2013-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmisiniz. 
Hər zaman yüksək mədəniyyəti və təvazökarlığı ilə insanların rəğbətini qazanmış Fuad müəllim!
Biz, Sizi bir daha ürəkdən təbrik edir, bundan sonrakı həyatınızda da yorulmadan sənətsevərləri möhtəşəm əsərlərinizlə sevindirməyinizi arzulayırıq!

Hörmətlə, 
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Elmi Şura üzvlərinin adından
akademik Ömər Eldarov