Xəbərlər

18 Mar

Xəbərlər

Xalq rəssam Cəmil Miryusif oğlu Müfidzadənin anadan olmasının 85 illiyi münasibətilə

Xalq rəssam Cəmil Miryusif oğlu Müfidzadənin

anadan olmasının 85 illiyi münasibətilə

 

Hörmətli Cəmil müəllim!

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyi və professor-müəllim heyəti Sizi, 85 illiyiniz münasibətilə ürəkdən təbrik edir, həyatınızın gözəl əhval-ruhiyyədə keçməsini diləyir!

Dəyərli, yüksək keyfiyyətli əsərləriniz bir çox xarici ölkələrdə nümayiş etdirilmişdir. Yaradıcılıq işlərinizin bir qismi RusiyaAlmaniya, Fransa, İtaliya, Misir, Türkiyə, İran, Monqolustanın nüfuzlu qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır.

Milli-mənəvi dəyərləri əks etdirən, özünəməxsusluğu ilə seçilən silsilə əsərləriniz hərtərəfli yaradıcılığınızın bənzərsizliyini parlaq təcəssüm etdirir.

Sizin Azərbaycanın milli incəsənətinin inkişafındaçəkdiyiniz zəhmətlər misilsizdir və bu əvəzedilməz xidmətlərinizə görə 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüsünüz.

Hörmətli Cəmil müəllim!

Siz, uzun illərdir ki, yaradıcılıqla yanaşı həm də Azərbaycanda gənc rəssam kadrların hazırlanmasında da böyük əmək sərf edirsiniz.

Biz, Sizi bir daha təbrik edir, uzun-uzun illər beləcə gənclik həvəsi ilə yaşayıb-yaratmağı arzulayırıq!

 

 

Hörmətlə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Elmi Şura üzvlərinin adından

akademik Ö.H.Eldarov