29 dek
Xəbərlər
Qırğızıstan Respublikasının Oş şəhərində 14-22 dekabr 2021 –il tarixində ustad dərsləri baş tutmuşdur

Qırğızıstan
Respublikasının Oş şəhərində 14-22
dekabr 2021 –il tarixində baş tutmuş ustad dərslərinə hər il olduğu kimi bu il də
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
“Təsviri Sənət” fakultəsinin rəngkarlıq ixtisasının I və II kurs tələbələri
iştirak etmişdir. Tələbələrin ustad dərslərində iştirakını Beynəlxalq əlaqələr
üzrə prorektor, professor Salhab Məmmədov və Beynəlxalq Əlaqələr və sərgilər
şöbəsi təmin etmişdir. Ustad dərslərində müxtəlif ölkələrdən olan tələbələr
arasında təcrübə mübadiləsi aparılmışdır.
Tədbir Qırğızıstan
Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.