Xəbərlər

21 dek

Xəbərlər

Naxçıvan MR Əməkdar Rəssamı,ADRA-nın məzunu Leyla Əzimbəyovanın fərdi sərgisinin açılışı keçirilib

 “Qız Qalası” Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı,Azərbaycan Rəssamlar İttifaqının üzvü,Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu  Leyla Əzimbəyovanın "Fərqli Olaraq" adlı fərdi yaradıcılıq sərgisi açılıb. Sərginin açılışında yaradıcı ziyalılar, elm və ictimaiyyət nümayəndələri, ADRA-nın rəhbər heyyəti  iştirak ediblər.

Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin dəstəyi ilə açılan sərgidə rəssamın son dövr yaradıcılığına aid 40-a yaxın əsəri sərgilənir.