Xəbərlər

24 dek

Xəbərlər

Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günüdür.

Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günüdür.

Dövlət başçısının 60 yaşı tamam olur.Müzəffər Ali Baş Komandan İlham Əliyev öz adını Azərbaycan tarixinə qalib sərkərdə kimi yazdırıb. 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad etməklə cənab Ali Baş Komandan bütün dünyaya dövlətimizin gücünü  göstərdi.

Torpaqlarımızın işğaldan azad edilməsində İlham Əliyevin güclü siyasi iradəsi və qətiyyəti, xalqın Ali Baş Komandana və orduya dəstəyi böyük rol oynayıb. 

İlham Əliyevin illərlə apardığı siyasətin və strategiyanın bəhrəsi bizə öz torpaqlarımızı azad etmək xoşbəxtliyini bəxş etdi. 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası adından cənab Prezidenti təbrik edirik.