Xəbərlər

17 dek

Xəbərlər

Bu gün ADRA-nın Muzey-Sərgi Kompleksində İranlı rəssam Şirin Bağçının “Pənc gənc” adlı fərdi sərgisinin açılışı olub.

Bugün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində İranlı rəssam Şirin Bağçının “Pənc gənc” adlı fərdi sərgisinin açılışı olub. Sərgidə rəssamın 20-ə yaxın qarışıq texnikada işlənmiş əsərləri nümayiş olunur. Əsərlər müxtəlif üslub və motivləri əhatə edir.

2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi ilə elaqədər olaraq Şirin Bağçı Azərbaycanın dahi şairi Nizami Gəncəvinin  "Pənc gənc" və yaxud "Xəmsə"sindən ilhamlanaraq işlədiyi sonuncu əsərləri də nümayiş olunur.

Sərginin açılış mərasimində ADRA-nın rəhbər heyyəti ilə yanaşı, bir sıra rəsmi qonaqlar, tələbə, müəllim heyyəti iştirak edib.