Xəbərlər

06 sen

Xəbərlər

Bakalavriat səviyyəsinə DİM vasitəsilə qəbul olmuş vətəndaş və əcnəbilərin ali təhsil müəssisələrinə elektron qeydiyyatı haqqında



Bakalavriat səviyyəsinə DİM vasitəsilə qəbul olmuş vətəndaş və əcnəbilərin ali təhsil müəssisələrinə elektron qeydiyyatı

Qeyd:

Bütün sualların atis.support@tsii.edu.az elektron poçtuna “Bakalavriat qəbulu ilə bağlı sual” başlığı altında göndərilməsi xahiş olunur. Əks halda sualların cavablandırılmasında gecikmələr ola bilər. Nəzərə alınması xahiş olunur.

Qeyd:

Ödəniş şərti təyin etməyən təhsil müəssisələrinə qəbul olan tələbələr tərəfindən online qaydada ödənişin edilməsi mümkün olmayacaqdır. Bu hissəyə tərəfimizdən nəzarət ediləcəkdir.

Qeydiyyatla bağlı aşağıdakı üstünlüklərin təhsil müəssisələrinə təqdim edilməsi planımızdadır:

1.   Təhsil haqlarının nağdsız formada kart vasitəsilə ödənilməsi imkanı;

2.     Sosial güzəştə düşən tələbələrin qeydiyyat zamanı müraciəti və təhsil müəssisələri tərəfindən qərarların verilməsinə dəstək məqsədilə dövlət orqanlarının informasiya sistemlərindən məlumatların göstərilməsi;

3.    Dövlət sifarişli əsaslarla qəbul olunmuş tələbələrin müəyyən olunmuş təqaüdlərinin iki mislindən az olmayaraq təqaüd alması üçün müraciətin göndərilməsi;

4.   Qəbul əmrlərinin avtomatik formalaşması;

XÜSUSİ QEYD: Sosial güzəşt üçün müraciət edənlər barədə qərarı sistemə müraciət daxil olduğu müddətdən 1-2 iş günü ərzində veriləcəkdir. “Sosial sistemin təyin etdiyi” blokda məlumatlar əks olunmayana qədər müraciətə ödənişlə bağlı status verilməməsi məsləhət görülür.

Qeydiyyatın bitməsinin son günlərində müraciət edənlər üçün bu hal keçərlidir.

 

 

Sual 1. Qəbul modulu nədir?

Qəbul modulu vasitəsilə təhsil müəssisəsinə qəbul olmuş qəbul olmaq istəyən şəxslərin müraciətlərinə baxılacaq və müraciətlər statuslarla izlənilə biləcək.

Sual 2. Qəbul moduluna necə daxil olunur?

Qəbul moduluna daxil olmaq üçün atis.edu.az saytına daxil olduqdan sonra Qəbul moduluna keçid etmək lazımdır. Qəbul modulunun üzərinə sıxdıqda aşağıdakı (Şəkil 1.)


səhifə açılacaq. Burada müraciət etmiş şəxslərin siyahısı əks olunur. Hansı müraciətə baxılıb, münasibət bildiriləcəksə, həmin müraciətin üzərinə sıxmaq və müraciətin detallar səhifəsinə daxil olmaq lazımdır.

Filtrdən istifadə etməklə, bakalavriat səviyyəsinə qəbul üçün müraciət edənlərə ayrı- ayrılıqda baxmaq mümkündür.

Şəkil 1.


 

 

Sual 3. Bakalavriat üzrə detallar səhifəsi üçündür və necə istifadə edilir?

Şəxsin hər bir müraciəti ayrı-ayrılıqda sistemə düşür və hər müraciət üzrə sənədlər, şəxsi digər məlumatlar detallar səhifəsində əks olunur.

Müraciət ayarları bloku (Şəkil 2.)

Bu blok vasitəsilə təhsil müəssisəsi müraciətin statusunu təyin edə bilir. Məsələn, müraciətçinin sənədlərində çatışmazlıq aşkar olunduqda geri qaytarıldı statusu seçilir, müvafiq qeyd və qoşma əlavə edilərək, yadda saxla düyməsi sıxılır. Detallar səhifəsində olan bütün yadda saxla düymələri eyni funskiyanı icra edir, daxil edilmiş məlumatlar əsasında status yenilənir.

Qeyd: Yadda saxla düyməsini sıxmazdan əvvəl mütləq hər şeyin düzgün daxil edildiyinə əmin olmaq lazımdır.

Müraciət tarixi xanasında müraciətin ilk dəfə daxil olduğu tarix əks olunur.

Qeyd xanasında müraciətçiyə geridönüş edilən mətn daxil edilir. Mətn daxil edilməyə də bilər. Mətn daxil edildiyi təqdirdə minimum 3,maksimum isə 150 söz ola bilər.

Qoşma xanasında isə müraciətçiyə göndəriləcək qoşma əlavə edilir.

Şəkil 2.



Sual 4. Statusların mənası nədir? Statusların təyin olunma halları hansılardır?

Şablon mətn: bu mətn məlumat xarakterlidir. Təhsil müəssisəsinin tələbəyə göndərməsi üçün deyildir. Bunu cari statusa uyğun olaraq sistem təhsilalana göstərir. Təhsil müəssisəsi öz mətnini yazmaqda tam sərbəstdir. Sadəcə mətnlər tərtib edilərkən, şablon mətnlərlə uyğun olmalıdır.

Şablon mətnlərlə əlaqədar təklifləriniz olarsa, məsul şəxslərə təqdim edilə bilər.

Xüsusi qeyd: Müraciətçilərə qəbul edilməklə bağlı statuslar təyin edildikdə, Əmrlər modulunun Qaralama səhifəsində avtomatik sistem tərəfindən müvafiq parametrlərlə qəbul əmri formalaşır. Proses başa çatdıqdan sonra təhsil müəssisəsi tərəfindən sadəcə, əmrin nömrəsi, tarixi, əmri imzalayanlar barədə məlumatlar daxil edilməklə əmr təsdiq edilir.

 

 

 

Status

Təsvir

Şablon mətn: yuxarıdakı qeydə bax

Qaralama

Qaralama statusu şəxs məlumatları yadda saxladığı zaman verilir. Hansı ki müraciəti göndərməyib. Sistem bu statusu avtomatik verir.

Siz müraciətinizi

tamamlamamısınız. Müraciətinizin qeydə alınması üçün zəhmət olmasa müraciətinizi tamamlayın.

Müraciət edildi

Tələbənin şəxsi kabinetində Müraciət et düyməsi sıxıldıqdan sonra sistem bu statusu avtomatik verir.

Sizin müraciətiniz qeydə alınmışdır. Müraciətinizə təhsil

müəssisəsi tərəfindən baxıldıqdan sonra geridönüş ediləcəkdir.

Geri

qaytarıldı

Əlavə məlumat tələb edildikdə təhsil müəssisəsi tərəfindən təyin edilir.

Sizin müraciətinizə təhsil

müəssisəsi tərəfindən baxılmışdır.

Müraciətiniz üzrə tələb olunan düzəlişləri edib, müraciətinizi

tamamlamağınız xahiş olunur.


Ödəniş edilməlidir

Təhsil müəssisəsi tərəfindən müraciətə baxıldıqda, ödəniş etməli olduğu barədə qeyd edərsə, bu statusu təhsil

müəssisəsi təyin edir.

 

Xüsusi qeyd: Ödəniş məlumatları düzgün olmazsa, tələbənin kabinetinə düzgün məlumat ötürülməyəcək.

Maliyyədə tələb olunan məlumatları dəqiq doldurmaq lazımdır.

Müraciətiniz təhsil müəssisəsi tərəfindən qəbul edildi,

müraciətiniz üzrə ödəniş etməyiniz xahiş olunur.

Ödəniş edildi

Ödəniş edilən zaman sistem və ya təhsil müəssisəsi tərəfindən təyin edilir

 

Status barədə açıqlama: Bu statusu müvafiq invoys üzrə online ödəniş edildiyi zaman sistem təyin edir və təhsil

müəssisəsinə göndərilir.

Müraciətiniz üzrə ödəniş etmisiniz. Ödəniş təhsil müəssisəsi tərəfindən yoxlanıldıqdan sonra müraciətiniz barədə yekun rəy bildiriləcək.

Qəbul edildi

Təhsil müəssisəsi müraciəti təsdiqləyib, tələbəni qəbul etdikdə təyin edir.

Müraciətiniz təhsil müəssisəsi tərəfindən qəbul edildi. Təhsil həyatınızda sizə uğurlar arzulayırıq.


Güzəştli qəbul edildi

Tələbəni qəbul etdikdə təhsil müəssisəsi təyin edir

 

Bu zaman tələbə ödənişə yönəldilmir.

Müraciətiniz təhsil müəssisəsi tərəfindən qəbul edildi. Təhsil həyatınızda sizə uğurlar arzulayırıq.

Möhlətlə qəbul edildi

Təhsil müəssisəsi təyin edir Tələbəni qəbul etdikdə təhsil müəssisəsi təyin edir

 

Bu zaman tələbə ödənişə yönəldilmir.

Müraciətiniz təhsil müəssisəsi tərəfindən qəbul edildi. Təhsil həyatınızda sizə uğurlar arzulayırıq.

Qəbul edilmədi

Təhsil müəssisəsi ödəniş olmadıqda və ya hər hansı bir səbəbdən imtina verdikdə təyin edir.

Müraciətiniz təhsil müəssisəniz tərəfindən qəbul edilmədi.

Vətəndaş imtina etdi

Sizin tərəfinizdən təhsil

müəssisəsinə məlumat təqdim edilərək, qəbul olduğunuz təhsil müəssisəsində təhsil almaqdan imtina edilmişdir.

 

 

 

 

Sual 5. Şəxsi məlumatlar bloku nədir?

Bu blokda müraciət edən şəxsin şəxsi məlumatları əks olunur. Məlumatlar müraciətçinin şəxsi kabinetindən avtomatik gəlir və təhsil müəssisəsi tərəfindən məlumatlar dəyişdirilə bilməz. Təhsil müəssisəsi bu hissədə sadəcə məlumatlara baxır və müvafiq hərəkətini edir.

Bu blokda təhsil müəssisəsi üçün redaktə imkanları yoxdur. Sistemdə hansısa xana boş görünürsə, demək artıq portal tərəfdə bakalavriat qeydiyyatı üçün tələb olunmur. Portal.edu.az-da bütün xanalar məcburidir.

Şəkil 3.


 

Sual 5.1. Valideyn məlumatları bloku üçündür?

Bu blokda tələbənin valideynləri barədə daxil etdiyi məlumatlar əks olunur. Təhsil müəssisəsi ehtiyac olduqda şəxsin valideyni ilə əlaqə yarada bilər.

Aşağıda qeyd olunan səbəblər üzrə valideyn məlumatları tələblərdə gəlməyə bilər. Nəzərə alınması xahiş olunur.

Valideyn məlumatları yalnız aşağıdakı şəxslər üçün görünür:

1.    Ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş və Güzəştli qəbul addımında təhsil haqqı güzəştindən istifadə etmək istədiyini bildirən şəxslər;

2.    Dövlət sifarişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş Güzəştli qəbul addımında müəyyən olunmuş təqaüdün 2 mislindən az olmayan məbləğdə təqaüd istədiyini bildirən 23 yaşı tamam olmamış şəxslər.

 

Ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş şəxs Güzəştli qəbul addımında təhsil haqqı güzəştindən istifadə etmək istədiyini bildirsə də, aşağıdakı sosial kateqoriyalar seçildikdə valideyn məlumatlarının daxil edilməsi üçün addım və xanalar görünmür.

 

1.    I II dərəcə əlilliyi olan şəxslər;

2.    Sağlamlıq imkanları məhdud 18 yaşınadək olan şəxs;

3.    Məcburi köçkün statusu olan şəxs.

 

Qeyd: Valideyni III qrup əlil olan şəxslərin uşaqları “Valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təhsil haqqı güzəştindən yararlana bilməzlər.

 

Portal.edu.az-a valideyni məlum olmayan, valideyni vəfat etmiş və ya itkin düşmüş şəxslər valideyn FİN-ni daxil etmədən növbəti addıma keçə bilərlər. Amma həmin şəxslərin valideynlərinin FİN-ni tapıb daxil etmələri onların təhsil haqqı güzəştindən istifadə edilməsi üçün çevik qərarın verilməsində böyük əhəmiyyətə malikdir.


Sual 6. Qəbul məlumatları bloku nə üçündür?

Qəbul məlumatları hissəsindən isə təhsil müəssisəsi müraciətçinin qəbul olduğu barədə məlumatları görür. Bu məlumatlar Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmişdir.

Məlumatlarda hər hansı səhvlər gördüyünüz zaman araşdırılması üçün 1-ci növbədə Təhsil Nazirliyinin aidiyyəti məsul şəxsləri ilə əlaqə saxlayın. Məsələ tərəfimizdən araşdırılıb, məlumat veriləcəkdir.

Şəkil 4.

 


 

 

Sual 7. Sənədlər bloku üçündür?

Bu bloka müraciətçinin əlavə etdiyi sənədlər əks olunur. Aşağıdakı şəkildə sırf əcnəbilər üçün nümunədir. Bu blokda təhsil müəssisəsi üçün redaktə imkanları yoxdur.

Müraciətçi limitsiz sayda digər sənəd əlavə edə bilər.Təhsil müəssisəsinə lazım olan hər hansı əlavə sənədin digər sənəd kimi yüklənilməsi müraciət edənə bildirilə bilər.

Əcnəbilər üçün isə əlavə olaraq əcnəbilər üçün tələb olunan sənədlər əks olunur.

Şəkil 5.


 

 

Sual 8. Ödəniş statusların tarixçəsi blokları üçündür?.

 

 

1.    Ödəniş bloku.

Bu blokda təhsil müəssisəsi üçün redaktə imkanları yoxdur. İxtisası təhsil haqqı xanasında müəssisənin müraciətçinin müraciət etdiyi ixtisas üzrə təhsil haqqı məbləği, ilkin ödəniş faizi və məbləği xanalarında təyin edilmiş ödəniş şərti əsasında məlumat, ümumi ödənilən məbləğ xanasında tələbə tərəfindən ödənilmiş ümumi məbləğ, invoys xanasında isə tələbə üçün sistemin formalaşdırdığı ödəniş sənədinin invoysu (nömrəsi) əks olunur.

Ödəniş edildikdə, boş xanalarda (İlkin ödəniş üzrə cəmi ödənilən məbləğ və Ümumi ödənilən məbləğ xanalarında) məlumat avtomatik əks edilir və status dəyişir. Əgər həmin xanalarda məbləğ əks olunmursa, demək ki, ödəniş HÖP xəttilə icra edilməmişdir.

Tələbələrin ödəniş etmək üçün imkanları. Ödəniş etmək üçün detallı izahlar:

Addım 1:

Tələbə şəxsi kabinetilə ödəniş edə bilər.

Addım 2:

Tələbə “gpp.az” saytında FİN ya invoys vasitəsilə ödəniş edə bilər.

Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməlidir. Daha sonra ödəniş icra edilə bilər.

Addım 3:

Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşaraq Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirir, FİN və ya ATİS- formalaşan invoysu təqdim edərək ödəniş edir.

Addım 4: Xidmətindən istifadə etdiyi bankın mobil aplikasiyası vasitəsilə ödənişləri həmin aplikasiyanın müvafiq bölməsindən edə bilər.


Şəkil 6.


 

Statusların tarixçəsi

Bu blokda təhsil müəssisəsi statusları dəyişdikcə etdiyi əməliyyatları əks olunur və statusların hansı istifadəçi tərəfindən dəyişdirildiyi izlənilir.


 

 

3. Vətəndaşın Sosial Statusu.

Bu blokda müraciət edən vətəndaşın sosial statusları iki formada,

1.  Vətəndaşın daxil etdiyi;

2.  Sistemin təyin etdiyi formalarda əks olunur. Dəyişikliklərin kimin tərəfindən icra edildiyi əks olunur.

Vətəndaşın daxil etdiyi sosial statuslar o deməkdir ki, vətəndaş özünün hansı sosial statusa düşdüyünü və buna görə təhsil haqqından azad olunmaq istədiyini bildirir.Təhsil müəssisəsi isə buna baxaraq, əgər tələbə sosial statusa düşəcəksə, müəssisə tələbəni müvafiq qaydada ödənişə yönəltmədən, Güzəştli qəbul edildi statusu ilə qəbul edəcəkdir.

Sistemin təyin etdiyi sosial status:

Vətəndaşın daxil etdiyi məlumatlar əsasında sistemə müvafiq icra hakimiyyəti orqanın bazasından tələbə barədə məlumatları təhlil edərək, onun hansı sosial kateqoriyaya aid olduğunu müəyyən edir və sosial status barədə qərarın düzgün verilməsi üçün təhsil müəssisəsinə yardım edir. Dəstək üçün sistemin qərarını gözləməyiniz xahiş olunur.

Qeyd: Sistem müraciətçinin hansısa sosial statusa düşmədiyi barədə qərar verirsə və tələbə müvafiq sənədlər təqdim edirsə, mütləq həmin sənədlər araşdırılaraq müraciətə münasibət bildirilməlidir.

Bu blokda olan məlumatlandırıcı statuslar:

Təyin edilməyib hələki araşdırma gedir. Gözləməyiniz xahiş olunur.

Uyğundur tələbənin sosial statusu barədə digər sistemlərdə müvafiq məlumat tapıldı.

Amma siz tərəfdən mütləq yaş məhdudiyyətləri yoxlanılmalıdır.


Uyğun deyildir – tələbənin sosial statusu barədə digər sistemlərdə müvafiq məlumat tapılmadı. Sistem müraciətçinin hansısa sosial statusa düşmədiyi barədə qərar verirsə və tələbə müvafiq sənədlər təqdim edirsə, mütləq həmin sənədlər araşdırılaraq müraciətə münasibət bildirilməlidir.

Qismən uyğundur – sosial status barədə digər sistemlərdə məlumat natamamdır və şübhəlidir. Mütləq özünüz araşdırmalısınız.

Şəkil 7.


Şəkil 8.


 `

 

Sual 9. Güzəştlər cədvəli üçündür?


Bu blokda statusun kimə şamil olunduğu, əhatə pilləsi səviyyəsi, mülkiyyət növü, imtiyaz onların hüquqi əsası əks olunur.

Bu bir növ müəssisəyə dəstək məqsədli cədvəldir ki, təhsil müəssisəsi hansı güzəştin hansı aktla təsbit edildiyini müəyyənləşdirə bilsin.

Şəkil 9.


 

 

Statuslarla bağlı detallı izah yuxarıdakı cədvəldə verilmişdir. Mətn olaraq təkrar qeyd edirəm:

Addım 1.

Dövlət sifarişli tələbələrin sənədləri qaydasındadırsa, yoxlayıb qəbul edildi statusu təyin edib yadda saxlayırsınız.

Əgər qaydasında deyilsə, geri qaytarıldı edib səbəbi qeyd hissəsində yazırsınız ki, tələbə lazım olan məlumatı tamamlayıb yenidən müraciət göndərsin.

Addım 2.

Ödənişli tələbə müraciət edibsə onun təhsil haqqından azad olunub-olunmamaq barədə müraciət gözləməyindən asılı olmayaraq 1 gün onun sosial statusu ilə bağlı qərar yüklənməsini gözləyirsiniz. 1-2 gün ərzində sosial statusla bağlı nəticələr yüklənəcək.

Bu halda əgər tələbənin sənədlərində səhv varsa, onu geri qaytara bilərsiniz ki, tələbə lazım olan məlumatı tamamlayıb yenidən müraciət göndərsin.

Addım 3.

Tələbə ödəniş etməlidirsə, ona ödəniş edilməlidir statusu təyin edirsiniz.


Bu zaman tələbənin şəxsi kabinetində ödəniş addımı aktiv olacaqdır.

Tələbə artıq ödənişini portaldan, gpp.az-dan və bankların mobil aplikasiyalarında ödəyə bilər. Eyni zamanda banka gedib hökümət ödəniş xətti vasitəsilə ödəniş etmək istədiyini bildirməklə, ödənişi banka nağd ödəməklə icra edə bilər.

Bu zaman bütün tələbələrə mütləq hökümət ödəniş xətti vasitəsilə ödəniş etməli olduqlarını bildirməlisiniz.

Addım 4.

Ödəniş edildi statusu avtomatik təyin edilir. Yalnız ödəniş yuxarıda dediyimiz qaydada icra olunduqda. Qəbz yükləndikdə bu baş vermir. Tələbə qəbz yüklədikdən sonra müraciət etdikdə mütləq qəbzi yoxlayıb statusu dəyişməlisiniz.

Addım 5.

Tələbə artıq qəbul edilməyə hazırdırsa, qəbul edildi statusu verirsiniz.

Addım 6.

Tələbə təhsil haqqından azad olunmaqla qəbul olunursa, güzəştli qəbul edildi statusu seçirsiniz.

Addım 7.

Tələbəyə təhsil haqqını növbəti vaxtlarda ödəmək imkanı yaradılırsa, möhlətlə qəbul edildi statusu seçilir yadda saxlanılır.

Addim 8.

Tələbə qəbul edilmədikdə qəbul edilmədi statusu seçilir.

Addım 9.

Tələbəyə Qəbul edildi, Möhlətlə qəbul edildi ya Güzəştli qəbul edildi statusu verdikdən ya istənilən digər statusda vətəndaş imtina etdikdə, Vətəndaş imtina etdi statusu təyin edilir.