Xəbərlər

11 dek

Xəbərlər

Azərbaycanda portret incəsənəti beynəlxalq müsabiqəsi keçirilir

Azərbaycanda portret incəsənəti beynəlxalq müsabiqəsi keçirilir. Oktyabr ayında Şərqi Avropa ölkələrində “Portrait Now! 2019” portret incəsənəti beynəlxalq müsabiqəsinin seçim turunun iştirakçılarının qeydiyyatı başlayıb. Azərbaycanda seçim turunu “Carlsberg Group”un bir hissəsi “Carlsberg Azerbaijan” şirkəti Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə tərəfdaşlıq formatında həyata keçirəcək.

“Portrait Now! 2019” – “Carlsberg” Fondunun Frederiksborq qəsrində (Danimarka) Milli Tarix Muzeyində keçirdiyi pivəbişirən Y.K.Yakobsen adına 7-ci beynəlxalq müsabiqədir. Bu portret mükafatı ilk dəfə 2007-ci ildə ümumilikdə incəsənətə və janr olaraq portretə marağın cəlb olunması üçün təqdim olunub. Mükafatın fəlsəfəsi: insan obrazının canlandırılması vasitəsilə müəllif onun daxili dünyasını əks etdirir. “Portrait Now! 2019” müsabiqəsi bir neçə mərhələdə keçirilir. Şərqi Avropa ölkələrindən iştirakçılar 31 dekabr 2018-ci il tarixinədək əsərlərini www.portraitnow2019.com. müsabiqənin regional seçim turu saytında qeydiyyatdan keçirməlidir.

“Portrait Now! 2019” müsabiqəsinin Şərqi Avropada seçim mərhələsində Ukrayna, Rusiya, Qazaxıstan, Azərbaycan və regionun digər ölkələrindən müəlliflər iştirak edə bilər. Mütəxəssislər “Portrait Now! 2019” müsabiqəsinin seçim mərhələsinin iştirakçılarının Lvovda “Lvivarnya” Muzey-Mədəniyyət Pivə Tarixi kompleksində sərgidə təqdim olunacaq 30 əsərini seçəcək. Bu əsərlər arasında münsiflər heyəti müsabiqənin yekun mərhələsində iştirak edəcək və Frederiksborq qəsrində dünyanın digər regionlarından müsabiqənin seçim mərhələsinin qaliblərinin əsərləri ilə birlikdə sərgidə iştirak edəcək. “Carlsberg” Fondu (Danimarka) müsabiqənin yekun mərhələsini keçirəcək və qalibləri seçəcək. Qalibləri Fonddan 10 000-dən 85 000 Danimarka kronunadək məbləğdə 3 əsas və 3 əlavə pul mükafatı kateqoriyası gözləyir. Mükafatlar barədə ətraflı məlumatı https://portraitnow.org/ saytında əldə edə bilərsiniz. İstedadlı Azərbaycan rəssamlarının dəstəklənməsi üçün “Carlsberg Azerbaijan” şirkəti müsabiqə çərçivəsində şəxsi “From Waste to Art” eko-nominasiyasını təsis etmək qərarına gəlib.

Nominasiyada Azərbaycan rəssamlarının ekoloji məsuliyyət və insanın ətraf mühitə mənfi təsirinin azaldılması mövzusunda işləri iştirak edə bilər. Bu mövzular süjetdə və ya əsərin hazırlandığı materiallarda (utilizasiya olunacaq materialların təkrar istifadəsi, ekomateriallardan istifadə və s.) əks etdirilə bilər. “Portret – bu gün müxtəlif və bəzən tamamilə gözlənilməz rəssamlıq texnikalarının istifadə olunduğu xüsusi janrdır. Nəqqaşlıq və şəkillərdən başqa portretlər heykəltəraşlıq, video sənəti, veb sənəti, instalyasiyada da təqdim oluna bilər. Müəllifin istifadə etdiyi üsullar vacib deyil, əsas odur ki iş şəxsiyyətin xasiyyətini əks etdirsin. Portrait Now! 2019 müsabiqəsi çərçivəsində istedadlı azərbaycanlı rəssamları dəstəkləyəcəyimiz üçün şadam. Təbii ki, onlardan birinin müsabiqədə qalib olmasını çox istəyərdim”, – deyə “Carlsberg Azerbaijan”ın Qazaxıstan və Azərbaycanda dövlət hakimiyyəti orqanları ilə iş və korporativ münasibətlər üzrə baş meneceri Nadejda Ovsyannikova qeyd edib.

Oxşar xəbərlər

Xəbərlər

Yeni müqavilənin imzalanması

Müqavilə hər iki təhsil müəssisəsi arasında əməkdaşlıg barədə imzalanıb

Xəbərlər

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının xüsusi qonağı

Xüsusi qonaq qismində Rusiya Federasiyası Baş Nazirinin müavini Olqa Qolodets olmuşdur

Xəbərlər

ARUCAD universitetinin akademik heyəti Rəssamlıq Akademiyasını ziyarət edib

Akademiyanın rəhbəri, akademik Ömər Eldarov qonaqları şəxsən qəbul etmiş onlara hədiyyələr təqdim etmişdir.