Xəbərlər

02 iyl

Xəbərlər

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası elan edir

Fəlsəfə doktoru proqramı üzrə:

Doktorantura – Dövlət sifarişli və ödənişli əsaslarla:

Təsviri sənət 6215.01 – 1əyani yer

Təsviri sənət 6215.01 - 1 qiyabi yer

Dekorativ-tətbiqi sənət 6218.01 – 1 əyani yer

Dekorativ-tətbiqi sənət 6218.01 – 1 qiyabi yer


Dissertantura - büdcə hesabına və ödənişli əsaslarla:

Təsvir sənət 6215.01 – 2 yer

Dekorativ-tətbiqi sənət 6218.01 – 2 yer


Elmlər doktoru proqramı üzrə:

Dissertantura - büdcə hesabına:

Təsvir sənət 6215.01 – 1 yer

Dekorativ-tətbiqi sənət 6218.01 –1 yer.


Sənəd qəbulu üçün son tarix15 iyul 2021-ci il-dir. Doktoranturaya sənəd qəbulunun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali təhsil və orta ixtisas təhsil müəssisələrini tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 1 iyul saat 09:00-dan etibarən mümkün olacaqdır.

Sənədləri təlimata uyğun olaraq bu ünvana göndərmək lazımdır:

Bakı, H.Əliyev prospekti 26.

Əlaqə nömrəsi: 0125679183


Rektorluq


Doktorantura və dissertanturaya qəbul olmaq üçün lazım olan sənədlər



  1. Ərizə (doktorantura və dissertanturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına)

  2. Kadrların şəxsi – qeydiyyat vərəqi

  3. Tərcümeyi – hal

  4. 2 ədəd fotoşəkil (3 x 4 sm ölçüdə)

  5. İş yerindən xasiyyətnamə

  6. İş stajı olanlar üçün əmək kitabçasından çıxarış

  7. Çap olunmuş elmi işlərin siyahısı, seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə)

  8. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)  

  9. Şəxsiyyəti təsdiq edən sənədin surəti

  10. Qovluq (kağıztikən)