Xəbərlər

05 Jul

Xəbərlər

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yaradıcılıq fakültələrinin tələbələri üçün yay təcrübəsi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin
Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və
rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş “Live Life”
beynəlxalq sərgi layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının fərqlənmiş 30 tələbəsi iyulun 2-dən 6-dək Heydər
Əliyev Mərkəzində yay təcrübəsi keçəcək. Yay təcrübəsində iştirak edən
tələbələrə yaradıcılıq üçün zəruri olan baza dəstləri təqdim ediləcək.
İştirakçılardan hər biri 150 AZN məbləğində həvəsləndirici mükafat
alacaq. Layihənin sonunda isə onların arasından üç qalib seçiləcək. I
yerin qalibi 500 AZN, II və III yerləri tutanlar isə müvafiq olaraq 300 AZN
və 200 AZN məbləğində pul mükafatları alacaqlar. Bütün iştirakçılara
xatirə diplomları təqdim ediləcək.