Xəbərlər

05 iyl

Xəbərlər

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 20 illik yubileyi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 20 illik yubileyi ilə əlaqədar akademiyada tədbir keçirilmişdir. Akademiyanın rektoru, akademik Ömər Eldarov çıxışı zamanı Rəssamlıq Akademiyasının yaranmasının  səbəbkarı olan Ulu Öndər Heydər Əliyev haqqında öz  xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür. Akademiyanın ölkəmiz üçün olan əhəmiyyətini vurğulayan Ömər Eldarov bildirdi ki, akademiya Heydər Əliyevin istəyinə əsasən və onun təşəbbüsü ilə yaradılmışdır. Akademiyanın rektoru  qeyd etmişdir ki,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin işğaldan  azad olunması dövlətimizin mədəniyyət və incəsənət sahəsinə verilən ən böyük tövhədir və  Prezident İlham Əliyevin bütün sahələrə olduğu kimi , incəsənətə göstərdiyi qayğı və diqqəti danılmazdır.

Tədbirdə  Rəssamlıq Akademiyasının əməkdaşları  xatirə diplomları ilə təltif olunmuşdur.