Xəbərlər

03 noy

Xəbərlər

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Tarixi Zəfər" adlı sərginin açılışı olub

03 noyabr 2021-ci il tarixində Zəfər Gününə həsr olunmuş “Tarixi Zəfər” adlı elmi konfrans və sərgi keçirilib.Tədbirdə Rəssamlıq Akademiyasının rektoru,akademik Ömər Eldarov çıxış edib.Elmi konfransda Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “İncəsənət tarixi” kafedrasının professoru Ziyadxan Əliyev “Təsviri sənətdə Qarabağ hadisələrinin əksi”, Əməkdar rəssam, “Bədii toxuculuq və xalça sənəti” kafedrasının professoru Məmmədhüseyn Allahqulu oğlu Hüseynov “Mədəni irsimizdə Qarabağ sədası”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Humanitar və ictimai fənlər” kafedrasının dosenti Rima Qafarova “Zəfər günü-dövlətçilik tariximizin ən şərəfli günü kimi”, tarix üzrə fəlsəfə doktoru, “Humanitar və ictimai fənlər” kafedrasının dosenti Sevinc Vahabova “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında saxlanılan Vətən müharibəsi materialları” adlı mühazirələr ilə çıxış ediblər. Sərgidə isə Rəssamlıq Akademiyasının professor-müəllim heyətinin və tələbələrinin,həmçinin akademiyanın nəzdində fəaliyyət göstərən İncəsənət Kollecinin tələbələrinin “Tarixi Zəfər”ə həsr olunmuş əsərləri nümayiş olunub.Sərgi-müsabiqə “Aznar” şirkətinin sponsorluğu ilə həyata keçirilib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının II Qarabağ müharibəsində iştirak edən əməkdaş, tələbə və məzunları - Fərid Məmmədov, Əliqismət Əsədov, Fəxri Musazadə, Elvin Dərgahov, Pənah Bayramov, Əbülfət Quliyev, Kənan Səmədzadə tədbirdə iştirak ediblər. Tədbirin sonunda vətənpərvərlik mövzusunda video-çarx nümayiş olunub.