Xəbərlər

23 noy

Xəbərlər

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən "Tarixi Zəfər" adlı sərgi-müsabiqəsinin qalibləri mükafatlandırıldı


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, 44 günlük Vətən müharibəsinə həsr olunmuş “ Tarixi Zəfər” sərgi-müsabiqəsinin qalibləri  mükafatlandırılıb. AZNAR şirkətinin  sponsorluğu  ilə keçirilən sərgi-müsabiqəsində ümumilikdə 54 tələbə iştirak edib. İştirakçıların hər birinə sertifikat, 26-na isə Akademiyanın rəhbərliyi  tərəfindən sertifikat və pul mükafatı  təqdim olunub. Sərgi-müsabiqəsində 1-ci yerə Cəmilə Abdulzadənin “Bayatı Şiraz”, 2-ci yerə Fəxri Musazadənin “Cəsur döyüşçü”   və Nübar Şahbazovanın “Qarabağ sən azadsan” “Gözəl Qarabağ”, 3-cü yerə isə  Şükufə Əhmədlinin  “Ahəng”, Elgün Kəngərlinin “Dirçəlış” və Namiq Hüseynovun  “Evə qayıdış” əsərləri layiq görülüb.

Qeyd edək ki, “Tarixi Zəfər” sərgi-müsabiqəsində iştirak etmiş13 əcnəbi tələbəyə ( Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Banqladeş Xalq Respublikası, Türkiyə Respublikası, Koreya Respublıkası, Əfqanıstan Respublikası, İraq Respublikası ) də sertifikat və pul mükafatları təqdim edilib.