Xəbərlər

29 okt

Xəbərlər

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 2016-ci il aprel döyüşləri şəhidi Samir Kaçayevin sərgisi təşkil olunub

29 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində olan  Muzey- Sərgi kompleksində,Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı və Rəssamlıq Akademiyasının dəstəyi ilə , ADRA-nın “Təsviri sənət” fakültəsinin “Heykəltəraşlıq” kafedrasının məzunu,2016-ci il aprel döyüşlərində şəhid olmuş,gənc heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərginin açılışı gərçəkləşmişdir.

Tədbirdə Azərbaycan Respublikasının təhsil nazirinin müavini cənab Firudin Qurbanov,ADRA-nın rektoru,akademik Ömər Eldarov,şəhidin valideynləri,ADRA-nın rəhbər və müəllim-professor heyyəti,bir sıra universitetlərin,44 günlük Vətən müharibəsində iştirak etmiş məzunları  və tələbələr iştirak etmişdir.

Sərginin açılışında cənab Firudin Qurbanov,ADRA –nın rektoru Ömər Eldarov,ADRA-nın müəllimi,heykəltəraş Zamiq Rzayev,Samir Kaçayevin atası Ziyatin Kaçayev çıxış etmişdirlər.

Daha sonra şəhid Samir Kaçayevin müəllifi olduğu 30 əsərdən ibarət sərgi ilə tanışlıq keçirilmişdir.