Xəbərlər

30 sen

Xəbərlər

ARUCAD universitetinin akademik heyəti Rəssamlıq Akademiyasını ziyarət edib

Bu il Şimali Kipr Türk Cumhuriyyətində tədrisə başlayan ARUCAD universitetinin akademik heyəti Rəssamlıq Akademiyasını ziyarət edib.
Görüş zamanı ARUCAD universitetindən rektor köməkçisi Korhan Aybaytoğan və rektorun baş məsləhətçisi Ekrem Çalkılıç iştirak edib.
Akademiyanın rəhbəri, akademik Ömər Eldarov qonaqları şəxsən qəbul etmiş onlara hədiyyələr təqdim etmişdir.
Görüşdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxlaq Əlaqələr üzrə prorektoru professor Səlhab Məmmədov,  Boğaziçi xaricdə təhsil mərkəzi və English Time-dan Ülvi İmanov və İsmi Şahzadə də görüşdə iştirak ediblər.
Qonaqların Bakıya səfəri yeni qurulmuş üniversitetin gələcəkdə bilavasitə Rəssamlıq Akademiyası və digər dövlət universitetləri ilə qarşılıqlı mübadilə, elmi təcrübədən yararlanmaq və əməkdaşlığı daha da sıxlaşdırmaqdır.