27 sen
Xəbərlər
Anım günü

Bu gün Azərbaycanda Anım günü qeyd olunur. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bütün ölkədə ehtiramla yad edilir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında da Anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə akademiyanın kollektivi şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib,daha sonra rəssamlıq akademiyasının rektoru, Xalq rəssamı,akademik Ömər Eldarov,Tədris və tərbiyə işləri üzrə prorektor, Əməkdar rəssam, professor Azad Zeynalov, Elm və yaradıcılıq işləri üzrə prorektor ,Xalq rəssamı, professor Fuad Salayev,sənətşunas, fəlsəfə doktoru Samir Sadıqov çıxış ediblər. Tədbirdə vətənpərvərlik mövzusunda videoçarxlar nümayiş olunub.