Xəbərlər

24 iyn

Xəbərlər

ADRA-nın rektoru, akademik Ömər Eldarov və Antalya AKEV universitetinin rektoru Kamilə Akgül Perçim arasında görüş keçirilmişdir

23.06.2021-ci il  tarixində  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rektor Ömər Eldarov və Türkiyənin Antalya AKEV  universitetinin rektoru  Kamilə Akgül Perçim arasında görüş keçirilmişdir. Görüşdə Türkiyə və Azərbaycan arasında hər sahədə olduğu kimi, incəsənət sahəsində də əlaqələrin güclənilməsinin əhəmiyyəti vurğulanmışdır. Həmçinin iki universitet arasında əməkdaşlıq əlaqələri, ikili diplom proqramlarının həyata keçirilməsi, tələbə  mübadiləsi, universitet tələbələrinin birgə sərgilərinin  və simpoziumların, konfransların, festivalların təşkil  olunması müzakirə olundu. Daha sonra təhsil ocaqları arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır. Sonda Ömər Eldarov və Kamilə Akgül Perçim qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim etmişdirlər.