Xəbərlər

15 dek

Xəbərlər

ADRA-nın “Rəngkarlıq” kafedrasının baş müəllimi İsa Məmmədovun “Mənim Vətənim” adlı fərdi sərgisinin acılışı keçirilib.

Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 15 dekabr 2021-ci il tarixində  tanınmış rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının “Rəngkarlıq” kafedrasının baş müəllimi İsa Məmmədovun “Mənim Vətənim” adlı fərdi sərgisinin açılışı keçirilib. Sərgidə rəssamın 60 əsəri nümayiş olunur.

Sərgi Azərbaycan Rəssamlıq Akademiyası Muzey-sərgi kompleksi və Azərbaycan Rəssamlıq Akademiyasının Həmkarlar İttifaqının birgə təşəbbüsü ilə həyata keçirilir.

İsa Məmmədov Çağdaş Azərbaycan təsviri sənətində özünəməxsus dəst-xəttə malik olan fırça ustalarından biridir. Əsərləri müxtəlif muzeyləri, yerli və xarici ölkələrdəki nüfuzlu şəxsi kolleksiyaları bəzəyir. Rəssam yaradıcılığında mənzərə janrına üstünlük verir. Bu janr rəssama onu əhatə edən gerçəklikdən, daha çox isə təbiətdən aldığı təsüratlarını sənətsevərlərə özünəməxsus bədii şərhlə, işıq-kölgənin məharətlə uyğunlaşdırılması yolu ilə çatdırmağa imkan verir.