Xəbərlər

10 dek

Xəbərlər

ADRA-da Ulu Öndər Heydər Əliyeyin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib

10 dekabr 2021-ci il tarixində Azərbaycan Dövlət Rəssamlıq  Akademiyasında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADRA- nın rəhbərliyi, professor-müəllim heyyəti və tələbələr iştirak edib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Akademiyanın rektoru,akademik Ömər Eldarov çıxış edərək Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən,  mədəniyyətimizin, elmimizin və təhsilimizin inkişafı üçün gördüyü işlərdən danışıb.  Tədbirdə həmçinin  Heydər Əliyevin həyatına həsr  olunmuş  qısametrajlı film nümayiş olunub.