22 apr
Xəbərlər
ADRA-da tələbələrin rəsm və heykəltəraşlıq əsərlərindən ibarət sərgi keçirildi

Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında tələbələrin rəsm və heykəltəraşlıq əsərlərindən
ibarət sərgi keçirilmişdir. Nümayiş olunan əsərlərin, akademiyanın professor-müəllim heyyəti tərəfindən qiymətləndirilməsi və rəy bildirilməsi nəzərdə tutulan sərgi 4 mərhələdən ibarət olacaq.Sərginin 1-ci mərhələsində akademiyanın rəhbərliyi, professor-müəllim heyyəti və tələbələr iştirak etmişdir. Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının Elm və Yaradacılıq işləri üzrə prorektoru, xalq rəssamı,
professor Fuad Salayevlə tələbələr arasında maraqlı fikir mübadiləsi baş tutdu.