28 apr
Xəbərlər
ADRA -da "Qarabağın yeni günü" adlı konfrans keçirildi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində yerləşən Muzey-Sərgi kompleksində "Zəfər 2022" sərgisinə hazırlıq çərçivəsində "Qarabağın yeni günü" adlı konfrans keçirildi. Konfransda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya Elmi Fond şöbəsinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin dosent doktoru Həbibə Əliyeva çıxış etdilər.