02 mar
Xəbərlər
ADRA-da görüş keçirildi

02.03.2022 –ci il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında,Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və Akademiyanın rektoru, akademik Ömər Eldarov arasında görüş keçirilmişdir.Görüş zamanı ikitərəfli əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi müzakirə olundu.Görüşün sonunda İcra başçısı akademiyanın tələbələrinin əsərlərinin nümayiş olunduğu Muzey-Sərgi kompleksi ilə tanış oldu.