31 mar
Xəbərlər
ADRA-da 31 mart Soyqırımı qurbanları yad edildi

Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında 31 mart 2022-ci
il tarixində 1918 –ci il mart Soyqırımına həsr olunmuş tədbir keçirildi. Akademiyanın
Elm və yaradıcılıq işləri üzrə prorektoru
professor, Xalq rəssamı Fuad Salayev və Tədris
və tərbiyə işləri üzrə prorektoru professor, Əməkdar rəssam Azad Zeynalov mart
soyqırımı (mart qətliamı) haqqında çıxışlar etdilər. Akademiyanın professor-müəllim
heyyəti də bu mövzuya toxunaraq mart
soyqırımının qurbanlarını yad etdilər.