Xəbərlər

10 fev

Xəbərlər

Abşeron Milli Parkında “Şahdili peyzajı” adlı yaradıcılıq günü keçirilib

Abşeron Milli Parkının yaradılmasının 17-ci ildönümü münasibətilə, Milli Parkın təşəbbüsü  və  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi  ilə  parkda açıq havada “Şahdili peyzajı” adlı yaradıcılıq günü təşkil edilib.Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin rəsm əsərləri, həvəskar və peşəkar fotoqrafların fotoları milli parkda nümayiş etdirilib, gənc rəssamlara parkın təbiətini əks etdirən natura rəsmlərini çəkmələri, fotoqraflara təbiət mənzərələrini, ornitofauna növlərini lentə almaları üçün şərait yaradılıb.

Abşeron Milli Parkında “Şahdili peyzajı” adlı yaradıcılıq gününün təşkilində  məqsəd təbii varlıqları yaradıcı şəxslərin duyğularında təqdim etmək, milli parkın mövcud təbiət komplekslərinin rəssamların  yaradıcı təxəyyülü ilə geniş kütləyə çatdırılmasına dəstək olmaqdır. Tədbirin sonuna əsərləri nümayiş etdirilən rəssamlar Abşeron Milli Parkı tərəfindən Təşəkkürnamə ilə təltif olunublar.