Xəbərlər

27 dek

Xəbərlər

28 dekabr 2021-ci il tarixində ADRA-da Xalq rəssamı,professor Mikayıl Abdullayevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

28 dekabr 2021-ci il tarixində saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Azərbaycan Respublikasının Xalq rəssamı, Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı laureatı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, professor Mikayıl Hüseyn oğlu Abdullayevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans və şəxsi kolleksiyalarda saxlanılan əsərlərdən ibarət sərgi keçirilib. Elmi konfransda Xalq rəssamı, akademik Ömər Eldarov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “İncəsənət tarixi” kafedrasının professoru Ziyadxan Əliyev,sənətşünaslıq üzrə fəlsəfə doktoru, “İncəsənət tarixi” kafedrasının müəllimi Limunə Yadigarova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “İncəsənət tarixi” kafedrasının müəllimi Türkan Feyruz qızı Abbasova, akademiyanın məzunu Aygün Sərbazova çıxış ediblər.

Tədbirin sonunda təsviri sənətimizin görkəmli nümyaəndəsi Mikayıl Abdullayevin yaradıcılığına həsr olunmuş video-çarx nümayiş olunub.