12 apr
Xəbərlər
2022/2023-cü tədris ili üçün ADRA-nın SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə qəbulu açıq elan olunur

2022/2023-cü tədris ili üçün ADRA-nın SABAH qruplarının Dekorativ-tətbiqi
sənət (sahələr üzrə) və Dizayn (sahələr üzrə) ixtisasları üzrə bakalavriat
səviyyəsinə tələbə qəbulu üçün müsabiqə elan olunur.
Müsabiqədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (Dekorativ-tətbiqi sənət (sahələr üzrə) və Dizayn (sahələr üzrə)) ixtisasları I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.
SABAH qruplarının bakalavr səviyyəsinə tələbə seçimi
müsabiqəsi qaydalarının 7.3 bəndinə əsasən namizədlərin qiymətləndirilməsi həm
də ali təhsil müəssisələrinə qəbul balı əsasında
aparıldığından yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən
qəbul imtahanı yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslər
müsabiqədə iştirak edə bilər.
Müsabiqənin 1-ci
mərhələsində iştirak etmək üçün elektron ərizə doldurulmalıdır. Elektron
ərizəni doldurmazdan əvvəl Akademiyanın SABAH mərkəzinə
yaxınlaşaraq müvafiq “Təlimat”la və “SABAH qruplarına tələbələrin seçimi Qaydaları” ilə
tanış olmağınız xahiş olunur.
Hazırki ali təhsil
müəssisisəsindən asılı olaraq, tələbələr üçün müəyən olunmuş son qeydiyyat
tarixi 16/04/2022-ci ildir.
Qeydiyyat üçün SABAH qruplarının
saytına daxil olaraq elektron ərizəni doldurmağınız tələb olunur.