Xəbərlər

10 may

Xəbərlər

10.05.2022-ci il tarixində ADRA-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş sərgi keçirilmişdir.

10 may 2022-ci il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan” adlı sərgi keçirilmişdir. Sərgi Xalq rəssamı, akademik, Ömər Eldarovun çıxışı ilə açıq elan edildi. Akademiyanın rektoru  Ulu Öndər  Heydər Əliyevlə bağlı xatirələrini  bölüşdü.Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin, mədəniyyət və incəsənətimizin qorunması, tərəqqisi və təbliğində göstərdiyi xüsusi xidmətlərinə həsr olunmuş video-çarx  nümayiş olunmuşdur.Sərgidə rəssamlıq akademiyasının professor-müəllim heyətinin elmi-tədqiqat və yaradıcılıq işləri nümayiş olunur.