Xəbərlər

07 iyn

Xəbərlər

Əcnəbi tələbələrin Hərbi Qənimətlər Parkına və işğaldan azad olunmuş rayonlara ziyarəti təşkil olunmuşdur

Ziyarət zamanı,  44 günlük Vətən müharibəsi

nəticəsində əldə edilmiş şanlı qələbə barədə tələbələrə məlumat verilib. Azərbaycan ordusunun əzmi və

qətiyyəti hərbi qənimətlər fonunda nümayiş etdirilib, eləcə də digər zəruri məqamlarla tanışlıq

təşkil edilib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alan bir neçə əcnəbi

tələbə və Beynəılxalq mübadilə və əcnəbi tələbələrin tədrisi şöbəsinin nümayəndəsi də bu tədbirdə  iştirak ediblər.

Həmçinin İyunun 2-də Azərbaycanda təhsil alan əcnəbi tələbələrin işğaldan azad olunmuş Füzuli və

Cəbrayıl rayonlarına səfəri təşkil edilib. Səfər Təhsil və Müdafiə nazirlikləri, Bakı şəhər Gənclər

və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Səfərdə 16 ali təhsil müəssisəsinin 31

ölkəni təmsil edən 40 əcnəbi tələbəsi iştirak edib. 

Azad olunmuş torpaqların ziyarəti çərçivəsində Füzuli rayonunda qədim məscid, qəzet

redaksiyası, köhnə qəbiristanlıq, Cəbrayıl rayonunda Xudafərin körpüsü, su elektrik stansiyası,

“Dostluq bulağı”, “Qədim çinar”, yay kinoteatrı ziyarət olunub, şəhərlərdə dağıntılar nümayiş

edilib. Cəbrayıl rayonunda xidmətdə olan əsgər və zabitlərlə görüş keçirilib. 

Bununla yanaşı əcnəbi tələbələr tərəfindən Azərbaycanın böyük ölçülü dövlət bayrağı

açılıb və “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib. 

Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi və zəngin mədəni irsini dünya

ictimaiyyətinə çatdırmaq məqsədilə “Nargis” jurnalının Qarabağ mədəniyyətinə və tarixinə həsr

olunmuş “Karabakh is Azerbaijan” adlı xüsusi buraxılışı əcnəbi tələbələrə təqdim edilib. 

Sonda xatirə şəkili çəkdirilib.