06 apr
Xəbərlər
Əcnəbi tələbələr üçün təqaüd proqramı

Əcnəbi tələbələrin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına cəlbini artırmaq məqsədi ilə akademiyanın 2021-2022-ci tədris ili üçün Elmi şuranın 30.11.2021 – ci il tarixli qərarına əsasən fəal və əlaçı əcnəbi tələbələrə təqaüd proqramı təsis edilib. Proqram cari tədris ilinin ikinci semestrindən etibarən bir il ərzində həyata keçiriləcək. Sözügedən proqram ÜOMG əsasən rektorluq tərəfindən (05 №-li Protokola əsasən) seçilən aşağıda adları qeyd olunan əcnəbi tələbələrə bir il ərzində 130 Azn məbləğində aylıq təqaüdün ödənilməsini əhatə edir. Seçilən tələbələr yaz semestrində də yaxşı nəticə göstərsələr, 2022-2023-cü tədris ilinin payız semestrində də hər ay təqaüdlə təmin olunacaqlar. Təqaüd proqramı xarici sponsor tərəfindən maliyyələşəcək.
1. Koreya
Respublikasının vətəndaşı “Memarlıq və dizayn” fakültəsinin “Qrafik dizayn”
ixtisasının III təhsil ili bakalavr pilləsinin tələbəsi Cho Mi Hyun
2. Gürcüstan Respublikasının vətəndaşı “Təsviri sənət”
fakültəsinin “Rəngkarlıq” ixtisasının I təhsil ili bakalavr pilləsinin tələbəsi
Nuriyev Sahil
3. Türkiyə
Respublikası vətəndaşı “Təsviri sənət” fakültəsinin “Rəngkarlıq” ixtisasının I
təhsil ili magistr pilləsinin tələbəsi Oktar Hasan Seçkin Ahmet