Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradılan vaxtdan “Rəsm” kafedrası da fəailiyyət göstərir. Rəsm üzrə dörd (4) il bakalavr, iki (2) il isə magistr pillələrində tələbələr təhsil alırlar. Akademiyanın bütün ixtisaslarında tələbələr rəsm fənni üzrə təhsil alırlar. “Təsviri sənət” fakültəsi üzrə 275 tələbə,”Memarlıq və dizayn” fakültəsi üzrə tləbə, “Dekorativ-tətbiqi sənət” fakültəsi üzrə 245 tələbə,”Sənətşünaslıq” fakültəsi üzrə 133 tələbə təhsil alır.
Kafedrada on altı (16) ştat müəllim onlardan 4 professor , 3 dosent, 3 baş müəllim, 6 müəllim və saat hesabı müəllimlər çalışırlar. Kafedrada 2 Xalq rəssamı, 1 Əməkdar rəssam, 1 Əməkdar İncəsənət xadimi və 1 Fəlsəfə doktoru, 1 kabinet müdiri , 1 tədris ustası və 1 baş laborant fəaliyyət göstərir.
Hər il ADRA-da sərgilər təşkil olunur. Bu sərgilərdə müəllimlər öz əsərlərini tələbələr isə öz işlərini nümayış etdirirlər.
Rəhbərlik tərəfindən göndərilən bütün sərəncamlar kafedra iclasında müzakirə olunaraq yerinə yetirilir.
Bunlaran əlavə tələbələrin nizam-intizamı nəzarətdə saxlanılır.
Əliyev Ramil Elxan oğlu 1982-ci ildə Baki şəhərində.anadan olmuşdur.
2003–cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qrafika” ixtisasının bakalavar pilləsini , 2005–ci ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir.
2006-cı ildə Azərbaycan Karikaturaçilar Birliyinin üzvu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dissertanturasına qəbul edilmişdir.
2006-cı ildə gənclər arasında ən çox yaradıcı naaliyyətlərinə görə Azərbaycan Rəssamlar İttifaqının xüsüsi mükafatına layiq görülmüşdür.
2001-ci ildən bu günə kimi yerli və xarici sərgilərdə müvəffəqiyyətlə iştirak etmişdir və xüsüsən İllüstrasiya janrında uğurlar qazanmışdir. Müxtəlif nəşriyyat və reklam şirkətləri ilə əməkdaşliq edir, bir sıra animasiya layihələrinin və reklam filmlərinin hazırlanmasi və gerçəkləşməsində iştirak etmişdir. Bundan əlavə, bədii filimlər üçün obrazların yaradılmasında böyük uğurlar qazanmışdır.
2011–ci ildə “Rəsm“ kafedrasında ştat müəllim, 2015-ci ildən baş müəllim vəzifəsində fəaliyyət göstərir .İşlədiyi müddət ərzində professor –müəllim və tələbə heyətinin hörmətini qazanmışdır.
2014 – cü ildə “Mustəqillik dövründəAzərbaycan qrafikasının inkişafı”adlı dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb. Ramil Elxan oğlu Əliyev 05.02.2018 – ci il tarixdən 5 il müddətinə kafedra müdiri vəzifəsinə təyin edilib.
“Dəzgah qrafikasinda rəsmin rolu”, “Plakatda rəsmin rolu” adlı metodik vəsaitləri və “Kitab tərtibatında rəsmin rolu” adlı dərs vəsaiti qrif alaraq çapa təqdim edilmişdir.
“Rəsm” kafedrasının müdiri R.E.Əliyev