Bədii toxuculuq və xalça sənəti

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ tətbiqi sənət” fakültəsində bakalavr və magistr pillələri üzrə “Bədii toxuculuq və xalça sənəti” kafedrası 2013-cü ildən fəaliyyət göstərməyə başlamışdır. Kafedranın müdiri professor, əməkdar rəssam  Ədhəm  Süleyan  oğlu Yusubovdur.

Kafedrada “Bədii xalça” və “Bədii toxuculuq”  ixtisasları üzrə fənlər tədris olunur.

“Bədii toxuculuq və xalça sənəti” kafedrasında bakalavr pilləsi üzrə aşağıdakı fənlər tədris olunur:

Magistr  pilləsi üzrə fənlər:

Kafedradanın ixtisas fənlərini hal-hazırda tam ştat 9 nəfər, 0,5 ştat 2 nəfər müəllim tədris edir. Onlardan 3 nəfər professor, 4 nəfər dosent, 4 nəfər isə baş müəllim kimi fəaliyyət göstərir. Bundan əlavə kafedrada 1 baş laborant, 1 laborant, 3 emalatxana  müdiri  və  2  tədris ustası  çalışır.

Hər il professor-müəllim heyəti plana əsasən elmi-tədqiqat və yaradıcılıq işləri üzrə çalışırlar. Tədrisin səviyyəsini yüksəltmək məqsədilə bütün fənn proqramları təkmilləşdirilərək standartlara uyğun yenidən işlənilir.

Kafadranın professor-müəllim heyəti Respublikamızda və bir sıra xarici ölkələrdə  keçirilən konfranslarda, Beynəlxalq sumpoziumlarda və sərgilərdə müntəzəm iştirak edirlər.

“Bədii toxuculuq və xalça sənəti” kafedrasının müdiri: professor Yusubov Ədhəm Süleyman oğludur.