Qrafika

Prezident H.Əliyevin sərəncamı əsasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradılan vaxtdan (2001-ci ildən) ADRA-da digər kafedralarla yanaşı “Qrafika” kafedrası da fəailiyyət göstərir. Bu şöbədə Baloniya sisteminə uyğun olaraq dörd (4) il bakalavr, iki (2) il isə magistr pillələrində tələbələr təhsil alırlar. Birinci kursda onlar ümumi kurs kimi hazırlaşırlar, ikinci kursdan isə “Dəzgah” qrafikası, “Kitab” qrafikası emalatxanalarına Plakat kurslarına ərizə əsasında bölünürlər.  2017-ci ildən kafedrada Animasiya kursuda fəaliyyət göstərir. Şöbədə tələbələr “Kompozisiya”, “Material üzərində iş”, “Şrift”, “Kalliqrafiya” fənnləri üzrə təhsil alırlar. Kafedrada on (10) müəllim onlardan 3 professor , 4 dosent, 2 baş müəllim, 1 müəllim və saat hesabı müəllimlər çalışırlar. Kafedrada 1 Xalq rəssamı, 2 Əməkdar rəssam, 1 Fəlsəfə doktoru və 1 müəllim Əməkdar İncəsənət xadimi fəaliyyət göstərir.

Hər il ADRA-da sərgilər təşkil olunur. Bu sərgilərdə müəllimlər öz əsərlərini  tələbələr isə öz işlərini nümayış etdirirlər. Bunlarla yanaşı kafedranın professor-müəllim heyyəti hər il Elmi yaradıcılıq işlərini vaxtı-vaxtında təhvil verirlər və bu işlərinin əsasında ADRA-nın müzeyində tez-tez sərgilər təşkil olunur. Kafedranın müəllimləri Elmi-tədqiqat işləri ilə də məşqul olurlar. Kafedrada bir-neçə dərs vəsaitləri, metodik vəsaitlər və proqramlar tərtib edilib. 

Kafedranın tələbələri hər bir tapşırıqdan sonra kafedra tərəfindən kollokvium  keçirərək verilən tapşırıqları qiymətləndirir. 

Rəhbərlik tərəfindən göndərilən bütün sərəncamlar kafedra iclasında müzakirə olunaraq yerinə yetirilir. 

Bunlaran əlavə tələbələrin nizam-intizamı nəzarətdə saxlanılır. 

Kitab qrafikası

Kitab qrafikasını bitirən tələbələr kitabın tərtibatı ilə məşğul olurlar. Onlar bu və digər əsəri oxuduqdan sonra yazıçının fikrini özlərində canlandıraraq illüstrasiyalar yaradırlar. Kitabın üz qabığı, titul vərəqi, əsərə başlıq, sonluq və kitabın tərtibatına lazım olan başqa elementlər üzərində işləyirlər. Peşəkar kitab rəssamı kimi fəaliyyət göstərə bilərlər.

Bunlardan əlavə magistr pilləsini bitirən tələbə ali məktəblərdə pedaqoji fəaliyyətlə də məşğul ola bilər.

Dəzgah qrafikası

Dəzgah qrafikasını bitirən tələbələr qrafikaya aid olan müxtəlif texnikalara yiyələnirlər. Onlar ofort, linoqravüra, ksiloqrafiya və başqa texnikaları mənimsəyirlər. Əsas işləri sərgilərdə iştirak etməkdən ibarətdir. 

Kitab qrafikasından fərqli olaraq onlar ağ-qara və ya rəngli texnikada portretlər, kompozisiyalar, mənzərələr, natürmortlar yaradaraq sərgilərdə öz əsərlərini nümayış etdirirlər. Müstəqil rəssam kimi formalaşır, bu sahədə peşəkar rəssam kimi öz fəaliyyətini davam etdirir. 

Bunlardan əlavə magistr pilləsini bitirən tələbə ali məktəblərdə pedaqoji fəaliyyətlə də məşğul ola bilər.

Plakat

Plakat qrafikasını bitirən tələbələr əsasən plakatla məşğul olurlar. Onlar müxtəlif mövzuda reklam formasında öz fikirlərini cəmiyyətə çatdırırlar. Teatr, kino, turizm və digər mövzulara aid fikirləri lakonik, qısa və rəngarəng formada tamaşaçılara çatdırırlar. Onlar əsərləri quaş, tempera və ya kompüter vasitəsi ilə də işləyə bilirlər.

Bunlardan əlavə magistr pilləsini bitirən tələbə ali məktəblərdə pedaqoji fəaliyyətlə də məşğul ola bilər. 

Cəmiyyətin formalaşmasında rolu böyükdür. Yaratdığı plakatlarda, reklam işində təbliğatın böyük rolu var.